"Rakuv"un yeni transferi "Qarabağ"a qarşı oynaya biləcək

13:06 - 1 Avqust 2023

"Rakuv" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyununda yeni transferi Srcan Plavsiçin xidmətindən yararlana biləcək.

Sportal.az "Polsatsport"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi zədə səbəbindən ilk oyunu buraxsa da, artıq sıraya qayıdıb və komanda ilə Bakıya gəlib.

"Rakuv"un baş məşqçisi David Şvarqanın sabahkı oyunda serbiyalını meydana buraxacağı gözlənilir. Adıçəkilən futbolçu bu yay "Slaviya"dan (Praqa) Polşa çempionuna keçib.

"Qarabağ"- “Rakuv” matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbər xətti