Premyer Liqa klubu legionerini satmadı

14:30 - 1 Avqust 2023

"Vest Hem" hücumçusu Canluka Skamakkanı satmaq istəməyib.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi "İnter" və "Roma"nın son təkliflərini rədd edib.

İtaliya klubları forvard üçün 15 milyon təklif edib.

London klubu isə futbolçunun satışından 28-30 milyon avro əldə etmək istəyib. İtaliya millisinin 24 yaşlı hücumçusu yeni mövsümə İngiltərə Premyer Liqasında başlayacaq. 

Xəbər xətti