Seneqal millisinin kapitanı Sadio Manenin "Əl-Nəsr"lə keçidi rəsmiləşib.
Sportal.az xəbər verir ki, "Bavariya" afrikalını Səudiyyə Ərəbistanı klubuna satmağa razılıq verib.
Bu barədə "Əl-Nəsr"in mətbuat xidməti məlumat yayıb. Manenin yeni komandasına keçidi "Bavariya"ya 40 milyon avro qazandırıb.
Yarımmüdafiəçi ötən mövsüm "Bavariya"da 38 oyunda 12 qol vurub, 6 assist etmişdi.
saytlarin hazirlanmasi