Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Rakuv"u qəbul edəcək.
Polşada keçirilən ilk görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionu növbəti mərhələyə çıxmaqda iddialıdır. Təmsilçimiz “Rakuv” səddini keçərsə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə oynayacaq.
20:00 “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1:1
Qollar: Redon Cica, 60 - Fran Tudor, 52
Bakı Olimpiya Stadionu.
Baş hakim - Sven Yablonski (Almaniya)
İlk görüş - 2:3.