"Real" ehtiyat qapıçısı Andrey Lunini satmağa hazırdır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 2018-ci ildə "Zarya"dan (Luqansk) Madrid klubuna keçmiş 24 yaşlı qolkiper əsasən icarə əsasında "Valyadolid", "Ovyedo". "Leqanes" klublarında digər komandalarda oynayıb və Tibo Kurtua ilə ciddi rəqabət apara bilməyib.
"Kral klubu" ukraynalının transferi üçün 8 milyon avro istəyib. Halbuki, vaxtı ilə “Real” onu 8,5 milyon avroya transfer edib.
Lunin özü isə komandadan aytılmaq niyyətində deyil. Onun 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsi var.
saytlarin hazirlanmasi