"Tirana"nın baş məşqçisi: "Ümid edirəm ki, üçüncü mərhələdə “Neftçi” ilə qarşılaşa biləcəyik"

14:45 - 2 Avqust 2023

"Bizi "Beşiktaş"a, "Neftçi"ni "Jelezniçar"a qarşı vacib matç gözləyir. İndi hər iki komanda növbəti matçı düşünür. Ona görə bu dəqiqə üçüncü mərhələdən danışmaq doğru olmaz".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Tirana"nın baş məşqçisi Orqes Şehi deyib.

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" "Jelezniçar"dan güclü olarsa, üçüncü raundda "Beşiktaş" - "Tirana" cütünün qalibi ilə qarşılaşacaq. Albaniya klubu isə ilk oyunda İstanbulda rəqibinə 1:3 hesabı ilə uduzub. Buna baxmayaraq, Şehi ümidini itirmir və növbəti mərhələdə "Neftçi" - "Tirana" matçının baş tutacağına inanır:

"İndi biz qarşımızdakı rəqiblə oyuna hazırlaşırıq. Bütün fikrimiz də həmin oyuna yönəlib. Amma ümid edirəm ki, üçüncü mərhələdə “Neftçi” ilə qarşılaşa biləcəyik. Uğurlu nəticəyə inanıram".

Mirbağırağa

Xəbər xətti