"Atalanta"dan "Mançester Yunayted"ə

14:59 - 2 Avqust 2023

"Atalanta"nın hücumçusu Rasmus Heylunn "Mançester Yunayted"ə keçməyə hazırlaşır.

Sportal.az "TuttoMercatoWeb"ə istinadən xəbər verir ki, danimarkalı forvard artıq Mançesterə yollanıb.

Futbolçu bu gün tibbi müayinədən keçəcək. Hər şey qaydasınsa olarsa, o, "qırmızı şeytanlar"la müqavilə imzalayacaq.

20 yaşlı forvard "Kopenhagen", "Şturm"(Qrats) klublarında oynadıqdan sonra 2022-ci ildə "Atalanta"ya keçmişdi.

Xəbər xətti