"Neftçi" "Qarabağ"ın daha bir futbolçusunu heyətinə qatmaq üçün israr edir.
Sportal.az saytına verilən məlumata görə, hələ Adrian Mutu baş məşqçi postuna təyin olunmamışdan əvvəl də, "ağ-qaralar" Ağdam klubunun futbolçusu Toral Bayramovu transfer etmək istəyirdi. Saytımıza verilən məlumata əsasən rumıniyalı mütəxəssis də, Toralı bəyənib və onun komandaya cəlb edilməsinə müsbət yanaşdığını bildirib.
Amma "Qarabağ" futbolçusunu buraxmaq fikrində deyil. Halbuki, Bayramovu ölkə xaricindən istəyən klublar da az olmayıb.
Qeyd edək ki, ötən mövsümə qədər “Qarabağ”ın formasını geyinən Qara Qarayev və Filip Ozobiç artıq “Neftçi”nin futbolçularıdır.
saytlarin hazirlanmasi