"Barselona"nın baş məşqçisi Xavi cinah yarımmüdafiəçisi Usman Dembelenin klubdan ayrılmasından danışıb.
Sportal.az xəbər verir ki, "Marca"ya danışan ispaniyalı mütəxəssis fransalının öz istəyi ilə komandadan ayrıldığını bildirib:
"Dembele mənimlə birbaşa danışdı. Onu buraxmağımızı xahiş etdi. Çünki PSJ-dən təklifi var. Biz onlarla rəqabət apara bilmərik. Ancaq Dembelenin gedişinə bir az məyus oldum".
2022/2023 mövsümündə Dembele "Barselona"nın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, səkkiz qol vurub və 9 məhsuldar ötürmə etmişdi. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Fransa nəhənginin Dembele üçün “Barselona”ya 50 milyon avro ödəyəcəyi bildirilir.
saytlarin hazirlanmasi