"Monako" heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, knyazlıq klubu Mohammed Salisunun keçidini reallaşdırıb.
Qana millisinin müdafiəçisi “Monako” ilə beş illik müqavilə imzalayıb.
Salisunun əvvəlki klubu İngiltərənin “Sauthempton” komandası olub. O, adıçəkilən klubun heyətində 68-i İngiltərə Premyer Liqasında olmaqla ümumilikdə 80 oyun keçirib. Qanalı bundan savayı “Valyadolid”də də oynayıb.
saytlarin hazirlanmasi