"Aris"in baş məşqçisi "Qarabağ"la qarşılaşmaqlarını istəmir

12:14 - 2 Avqust 2023

Kiprin "Aris" klubunun baş məşqçisi Aleksey Şpilevski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Belarus BATE klubu üzərində qələbə qazandıqdan sonra (5:3, ilk oyun - 6:2) üçüncü mərhələdə hansı klubla qarşılaşmaq istəmədiyini bildirib.

Sportal.az "Sport-fm"ə istinadən xəbər verir ki, belaruslu mütəxəssis növbəti raunddakı rəqiblərinin "Rakuv" olmasını istəyir:

"Üçüncü mərhələdə hansı komanda ilə oynamağımızı istəyərdim? “Rakuv”u deyərdim. Sizə bilmədiyiniz bir şeyi deyim. Bu yaxınlarda mənə “Rakuv” rəhbərliyindən təklif gəlmişdi. Polşaya yollanmağa yaxın idim, amma sonda “Aris”də qalmağa qərar verdim və buna şadam. Həm “Rakuv”, həm də “Qarabağ” çətin rəqiblərdir".

Xatırladaq ki, “Qarabağ” – “Rakuv” cütünün qalibi (ilk oyun – 2:3) Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində “Aris”lə qarşılaşacaq.

Xəbər xətti