Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” matçını izləyənlər arasında "Aris"inin nümayəndələri də olacaq.
Sportal.az xəbər verir ki, Kipr çempionunun iki rəsmi nümayəndəsi potensial rəqiblərinin oyununu görmək üçün bu gün Bakıya gəlib.
Xatırladaq ki, Kipr klubu 2-ci təsnifat mərhələsində Belarusun BATE klubunu hər iki matçda darmadağın edib (5:3, 6:2).
Limassol klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” – Rakov cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi