"Polşa çempionu "Qarabağ" - "Lex" oyununun necə başa çatdığını xatırlamalıdır"

13:30 - 2 Avqust 2023

Polşa mətbuatı "Rakuv"un bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçındakı (ilk oyun - 3:2) şansları barədə yazıb.

Sportal.az xəbər verir ki, "sport.pl" portalı Polşa çempionunun Bakıdakı işinin çətin olacağını bildirib:

"Rakuv" çətin iş qarşısındadır. “Qarabağ” son bir neçə ildə müntəzəm olaraq avrokuboklarda qrup mərhələsində çıxış edən təcrübəli komandadır. Polşa çempionu ötən il “Lex”in “Qarabağ”a qarşı Bakıdakı oyununun necə başa çatdığını da xatırlamalıdır. Ekstraklasa komandası evdə bir top fərqi ilə qalib gəlmişdi (1:0), səfərdə isə daha pis nəticə oldu, 1:5 uduzdular".

Xəbər xətti