Sabah Misli Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün daha bir legionerlə müqavilə imzalayıb.
İqor Ribeiro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib.
Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.
saytlarin hazirlanmasi