"Omoniya"nın baş məşqçisi Sofronios Avqusti bu gün Nikosiyada Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunu (ilk oyun - 3:2) haqda fikirlərini bölüşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kiprli mütəxəssis komandasına inandığını bildirsə də, təmsilçimizin də zəif kollektiv olmadığını söyləyib:
"Məqsədimiz ilk oyundakı kimidir - qələbə qazanmaq. Amma bunu etmək asan olmayacaq, çünki “Qəbələ” asan komanda deyil. İlk oyunda onlar bizi təəccübləndirdi. Gücümüzə inanırıq. İnanıram ki, tribunaların dəstəyi ilə istədiyimiz nəticəni əldə edəcəyik. Ümumiyyətlə, Avropa yarışlarında qalib olmaq asan deyil. Biz oyuna ciddi yanaşdıq, “Qəbələ”ni də yaxşı analiz etmişik".
saytlarin hazirlanmasi