Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Rakuv" səddini keçə bilməyən "Qarabağ" avrokubok macərasına Avropa Liqasında davam edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi HİK komandası olacaq. Finlandiya çempionu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Mölde"yə uduzub. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn finlandiyalılar cavab qarşılaşmasında rəqibin 2 qolunun qarşısını ala bilməyib.
Belədə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" və HİK komandalarının qarşılaşacağı dəqiqləşib.
saytlarin hazirlanmasi