"Bavariya" Yusufla müqavilə imzaladı, icarəyə göndərdi

12:17 - 3 Avqust 2023

"Bavariya" yetirməsi Yusuf Kabadayı ilə peşəkar müqavilə imzalayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı vinger 2025-ci il iyunun sonuna qədər Münhen klubuna məxsus olacaq.

Almaniya nəhəngi Yusufun oyun praktikasından əziyyət çəkməməsi üçün onu icarəyə yollayıb.

O, 2024-cü il iyunun sonuna qədər "Şalke"də çıxış edəcək.

Xəbər xətti