"Rakuv"un sabiq müdafiəçisi Andjey Nevulis Polşa klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" səddini keçməsini şərh edib.
Sportal.az "Sport Fakt"a istinadən xəbər verir ki, polşalı Bakıdakı matçda "Qarabağ"ın üstün olduğunu deyib:
"Rakuv" ağıllı oyun sayəsində "Qarabağ" səddini keçdi və mərhələni adladı. Komanda Bakıda çox fədakar oynadı. "Qarabağ"ın oyun üstünlüyü olsa da, düzgün taktika sayəsində komanda daha da irəli getdi. Bunun sayəsində təzyiqdən uzaqlaşaraq gözəl qol vura bildik. "Rakuv"u qiymətləndirməyənlər cəzalandırmalıdır".
Xatırladaq ki, "Rakuv" "Qarabağ"la 1:1 (3:2) oynayaraq Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.
34 yaşlı müdafiəçi 2017-2023-cü illərdə "Rakuv"un futbolçusu olub.
saytlarin hazirlanmasi