Əliyar Ağayev Çempionlar Liqası matçını idarə edəcək

17:59 - 3 Avqust 2023

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Xəbər xətti