"Neftçi" və "Sabah" Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Sportal.az xəbər verir ki, hər iki komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşlərində qələbə qazanaraq buna nail olub.
Masazır təmsilçisi Latviyanın RFS klubuna (2:1) cavab görüşündə də qalib gəlib. "Neftçi" isə "Jelezniçar"dan (2:0) üstün olub. Təmsilçilərimizin qələbələri Azərbaycanın aktivinə 0,500 xal yazdırıb. Azərbaycan hazırda 15 min 750 xalla 29-cu pillədədir.
28-ci pillədə 16 min 500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.
saytlarin hazirlanmasi