Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavaba görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, İsveç klubu "Lütsern"lə səfər görüşündə istədiyi nəticəni qazana bilməyib. İsveçrədə rəqibi ilə 1:1 oynayan "Yurqorden" avrokuboklarla vidalaşıb.
Musanın komandası ilk görüşdə evdə 1:2 uduzmuşdu. Millimizin üzvü 38-ci dəqiqədə meydana daxil olub.
"Lütsern" (İsveçrə) - "Yurqorden" (İsveç) - 1:1
Qollar: Burç, 27 (1:0), Asoro, 45+6 (1:1)
İlk oyun - 2:1
saytlarin hazirlanmasi