Azərbaycanda çalışmış bosniyalı məşqçi: "Neftçi" layiqli şəkildə "Jelezniçar"a qalib gəldi"

11:29 - 4 Avqust 2023

Bosniya və Herseqovinalı məşqçi Kemal Alespahiç Sportal.az saytına açıqlama verib.

58 yaşlı mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” və “Jelezniçar” klubları arasında keçirilən cavab matçını dəyərləndirib.

Vaxtı ilə Azərbaycan “Muğan”, “Rəvan” klublarını çalışdırmış, ölkəsində “Jelezniçar”da da işləmiş Alespahiç “Neftçi”nin növbəti mərhələyə çıxmağa layiq olduğunu bildirib:

"Neftçi" layiqli şəkildə "Jelezniçar"a qalib gəldi. İlk görüşdə komandalar arasındakı fərqi görmüşdüm. "Neftçi" Bakıdakı matçda aqressivlik göstərdi, yaxşı ötürmələr verdi. Onlar vaxtında qol vurdular və daha rahat oynamağa başladılar. Amma "Jelezniçar" da bir neçə aparıcı oyunçusu olmadan oynadı. Bu, oyunlarına təsir etmişdi. Məncə, "Neftçi" yaxşı hücumçu transfer etməlidir. Ki, "Qarabağ"la çempionluq uğrunda mübarizə apara bilsin".

Mirbağırağa

Xəbər xətti