"Barselona"nın yarımmüdafiəçisi Frank Kesye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Əl-Əhli"yə keçəcək.
Bu transferə görə ərəblər 15 milyon avro xərcləyəcək. Müqavilə yaxın bir neçə saat ərzində tamamlanacaq. O, 2026-cı ilin iyun ayına kimi "Əl-Əhli"yə məxsus olacaq.
Fil Dişi Sahilindən olan futbolçu 2022-ci ilin yayında "Milan"dan "Barselona"ya azad agent kimi keçmişdi.
saytlarin hazirlanmasi