Azərbaycan çempionu Özbəkistan millisinin daha bir üzvünü gətirdi

12:59 - 4 Avqust 2023

Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb. Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir.

Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.

Xəbər xətti