"Səbail"in bu yay heyətinə qatdığı futbolçulardan biri də Adi Mehremiç oldu.
Sportal.az xəbər verir ki, ötən mövsümü Türkiyə Superliqasında yarışan “İstanbulspor”da keçirən bosniyalı müdafiəçi Bayıl klubuna keçidi haqda sosial şəbəkədə paylaşım edib. O, bunları yazıb:
"Səbail"in bir parçası olduğum üçün şadam. Yeni macəranın reallaşmasında kömək olan üçün həyat yoldaşım, ailəm və agentlərimə təşəkkür edirəm".
31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Adi “Velej Mostar”, “Senitsa”, “Senkt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla”(Krakov), “Makkabi Petah-Tikva” klublarında da oynayıb.
saytlarin hazirlanmasi