Almaniyanın "Bayer" klubu baş məşqçi Xabi Alonsonun gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi ispan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı məşqçinin müqaviləsi 2026-cı ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayında "Bayer"i çalışdırır. Komanda onun rəhbərliyi altında Bundesliqada 2022/2023 mövsümünü 50 xalla 6-cı pillədə tamamlayıb.
saytlarin hazirlanmasi