“Napoli” Covanni Di Lorenzo ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, neapollular kapitanına təkliflər olmasına baxmayaraq onu buraxmayıb.
Di Lorenzo da öz növbəsində, rəhbərliyin yeni təklifi ilə razılaşıb. İtaliyalı 2028-ci ilin yayına kimi “Napoli”yə məxsus olacaq.
29 yaşlı futbolçu "Reccina", "Matera" və "Empoli"də oynadıqdan sonra 2019-cu ildə "Napoli"yə keçib.
saytlarin hazirlanmasi