Azərbaycanlı futbolçu Nazim Həsənzadənin legioner həyatı başa çatıb.
Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı yarımmüdafiəçi “Dauqavpils”dən ayrılıb. Belə ki, Azərbaycanda əməliyyat edilmiş futbolçu Latviyaya geri qayıtmayıb. "Dauqavpils" də onun başa çatan müqaviləsini yeniləməyib.
"Qəbələ"nin yetirməsi olan Nazim "Sabah" və "Turan Tovuz" komandalarında da çıxış edib.
Həsənzadənin yeni komandası da bəlli olub. O, "Zirə"nin ikinci komandası ilə anlaşıb və yeni mövsümə burada başlayacaq.
saytlarin hazirlanmasi