"Roma" 34 yaşlı forvardla danışıq aparır

11:34 - 6 Avqust 2023

"Bolonya" və Avstriya yığmasının hücumçusu Marko Arnautoviç karyerasını "Roma"da davam etdirə bilər.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, Joze Mourinyo komandada təcrübəli hücumçu görmək istədiyi üçün avstriyalı ilə müqavilə imzalanmasını rəhbərlikdən xahiş edib.

Futbolçunun agentləri cümə axşamı Roma təmsilçiləri ilə danışıqlar aparıb və iki illik müqavilə imzalamağa razılaşıblar.

Yeganə maneə "Bolonya"nın liderini buraxmaq istəməməsidir. Arnautoviçin müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 34 yaşlı hücumçu “Tvente”, “İnter”, “Verder”, “Stok Siti”, “Vest Hem” klublarında oynayıb və 2021-ci ildə “Şanxay Port”dan “Bolonya”ya keçib.

Xəbər xətti