Bakıda gənclər arasında basketbol üzrə Avropa çempionatının (U-18) C divizionunun oyunları başa çatır.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi bu gün son oyununu keçirib və 5-9-cu yerlər uğrunda görüşdə San Marino komandasına qalib gələrək beşinci yeri tutub.
Azərbaycan – San Marino 69:63 (18:22, 19:20, 24:8, 8:13)
Qrupda Maltanı (73:54) məğlub edən Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv sonradan Kipr (48:78) və Moldovaya (64:70) uduzaraq qrupda qalıb. Millimiz 5-9-cu yerlər uğrunda görüşlərdə isə Cəbəllütariqi (75:58) Andorranı (81:55) məğlub edib.
saytlarin hazirlanmasi