"Yuventus"un yarımmüdafiəçisi Denis Zakariya Fransaya yollanmağa yaxındır.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, “Monako” futbolçunun xidmətində maraqlıdır.
Knyazlıq klubu isveçrəli üçün Turin təmsilçisi ilə danışıq aparır.
“Servet”, “Yanq Boyz”, “Borussiya”(Münhenqladbax) klublarında oynamış İsveçrə millisinin üzvü son mövsümü icarə əsasında “Çelsi”də keçirib. Onun “Yuventus”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.
saytlarin hazirlanmasi