"Arsenal"ın sabiq yarımmüdafiəçisi Eynsli Meytlend-Naylzın özünə yeni komanda tapmağa yaxındır.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, ingilis futbolçu "Lion"dan təklif alıb. Fransa klubu Eynsli ilə dörd illik müqavilə imzalamaq üçün şifahi razılığa gəlib.
Xatırladaq ki, Meytlend-Naylz bu il iyunun sonunda “Arsenal”ın müqaviləni yeniləmək istəməməsindən sonra azad agent statusuna yiyələnib. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Sauthempton”da keçirib. O, İngiltərə çempionatında 22 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan əvvəl isə 25 yaşlı futbolçu “İpsviç”, “Vest Bromviç” və “Roma” klublarında icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi