PSJ-nin hücumçusu Kilian Mbappe komandanın Yaponiya turundan qayıtdıqdan sonra da kollektivə qayıtmayacaq.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən fransız "arzuolunmaz" futbolçular siyahısında yer alanlarla birlikdə məşq edəcək.
PSJ müqaviləsini yeniləməmək qərarına görə Mbappeni əsas komandadan uzaqlaşdırıb.
24 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi