"Sabah"ın Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan "Partizan" Serbiya çempionatında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Belqrad təmsilçisi "Voyvodina"ya səfərdə 2:0 qalib gəlib. "Partizan"ın ilk qolunu "Neftçi"nin sabiq forvardı Mateus Saldanya vurub. "Partizan" 2 turdan sonra 4 xalla 4-cü pillədədir.
"Sabah" - "Partizan" görüşü avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək. Cavab matçı isə bir həftə sonra Belqradda baş tutacaq.
saytlarin hazirlanmasi