"Beşiktaş"ın baş məşqçisi "Neftçi" ilə oyun üçün seçim edəcək

11:12 - 7 Avqust 2023

"Beşiktaş"ın iki zədəli futbolçusu Konfranslar Liqasının III təsnifat mərhələsinin “Neftçi”yə qarşı Bakıda keçiriləcək oyunundan öncə sıraya qayıdıblar.

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, Cenk Tosun və Rəşid Gezzal zədəsini sağaldaraq kollektivə qoşulub.

Amma onlardan yalnız biri komanda ilə birlikdə Bakıya gələcək. İstanbul klubunun baş məşqçisi Şenol Günəş bu gün onlardan hansının "Neftçi" ilə görüş üçün ölkəmizə səfər edəcəyini qərarlaşdıracaq.

"Neftçi" - "Beşiktaş" oyunu avqustun 10-da "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti