"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş bu həftə Super Liqada yeni mövsümə start veriləcəyi barədə danışarkən, Konfrans Liqasının III təsnifat mərhələsinin "Neftçi"yə qarşı keçiriləcək ilk oyununa da toxunub.
Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Bakıda baş tutacaq oyunla bağlı bunları deyib:
"Super Liqada yeni mövsümə hazırıq. Amma indi bütün fikirlərimiz Konfrans Liqasındadır. Hazırda əsas məqsədimiz “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Superliqanın startına hazırlaşacağıq. Mövsümə yaxşı başladıq, amma tempi artırmaq vaxtıdır. Avrokuboklarda yolu davam etdirmək vacibdir, ondan sonra daxili turnirə keçəcəyik".
"Neftçi" – “Beşiktaş” oyunu avqustun 10-da Bakıdakı “Neftçi Arena” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi