Xorvatiya mətbuatı: "Mahir Astanada təsdiq etdi ki, Bişçan ona arxalana bilər"

14:46 - 7 Avqust 2023

Xorvatiya mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Astana” - “Dinamo” görüşündən (0:2, 0:4) yazıb.

Sportal.az xəbər verir ki, "Sportske novosti" Zaqreb klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin performansına da toxunub.
Xorvatiyalı həmkarlarımız Emreli haqda bunları deyib:

"Şübhəsiz ki, “Dinamo”nun Orta Asiyaya yorucu səyahəti sonda İqor Bişçanın məqsədinə çatması ilə yekunlaşdı. Mahir Emreli Astanada təsdiq etdi ki, baş məşqçi ona arxalana bilər. Azərbaycanlı hücumçu Afinada AEK-ə qarşı keçiriləcək Çempionlar Liqası matçında özünü potensial coker kimi ortaya qoyur. Güman etmək olar ki, bu görüşdə “Dinamo”nun taktikası Emrelinin da effekt verə biləcəyi əks-hücumlara köklənəcək".

Xəbər xətti