Millinin sabiq üzvü ÇSKA-ya keçmədi

15:31 - 7 Avqust 2023

İngiltərə millisinin sabiq üzvü Cessi Linqard Rusiya klubuna təklif edilib.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, meneceri onun üçün ÇSKA rəsmiləri ilə danışıq aparıb.

Amma Rusiya klubu 30 yaşlı futbolçunun xidmətində maraqlı olmayıb.

İngiltərəli yarımmüdafiəçi son mövsümü “Nottinfem Forest”də keçirib, hazırda isə azad agent statusundadır. Yarımmüdaifəçi “Mançester Yunayted”, “Lester”, “Birmingem”, “Brayton”, “Derbi”, “Vest Hem” klublarında oynayıb
 

Xəbər xətti