"Qalatasaray"ın futbolçusu Olimpiu Morutan "Neftçi"yə keçə bilər.
Sportal.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, "ağ-qaralar" Rumıniya millisinin üzvünü icarəyə götürmək istəyir.
Ötən mövsümü icarə əsasında "Piza"da keçirmiş Morutan "Bari", "Palermo", "Sampdoriya" klublarından təklif alıb. Lakin o, İtaliyaya qayıtmaq niyyətində deyil.
Morutanın "Qalatasaray"la müqaviləs müddəti 2026-cı ilin yayına qədərdir.
saytlarin hazirlanmasi