Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu (Zaqreb) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu Yunanıstanda AEK-ə qarşı keçirməli idi.
Sportal.az xəbər verir ki, Afinadakı “AEK Arena” stadionunda keçirilməli olan qarşılaşma UEFA tərəfindən ləğv edilib.Buna səbəb iki klubun azarkeşləri arasında kütləvi dava olub.
Nəticədə yaralananlar var, 22 yaşlı AEK azarkeşi isə dünyasını dəyişib. Bununla bağlı Yunanıstan klubu matçı keçirməkdən imtina edib.Komandalar arasında ilk oyunun avqustun 15-də Zaqrebdə keçirilməsi qərara alınıb. Mahir Emrelinin komandası bu gün vətənə qayıdacaq.
saytlarin hazirlanmasi