Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Aris"lə ilk oyunu ərəfəsində "Rakuv"un baş məşqçisi David Şvarqa Limassol klubunu rəqibini "Qarabağ"la müqayisə edib.
Sportal.az "Sportowefakty" portalına istinadən xəbər verir ki, polşalı mütəxəssis Ağdam klubunun daha güclü olduğunu bildirib:
"Aris" fərqli komandadır, öz üstünlükləri var. “Qarabağ” oyun baxımından daha aqressivdir, həm də topa daha çox sahibdir. “Aris” “Qarabağ” qədər aqressiv komanda deyil. Azərbaycan təmsilçisi bu mənada “Aris”dən qat-qat üstündür. Kipr klubu əks-hücumlarda təhlükəlidir, lakin müdafiədə daha etibarlıdır”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Rakuv”a ümumi hesabda uduzmuşdu (2:3, 1:1).
saytlarin hazirlanmasi