"Partizan"ın direktoru: "Fikrim "Sabah"la oyuna yönəlib"

09:45 - 9 Avqust 2023

Serbiyanın "Partizan" klubunun direktoru İvitsa Kral Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən razı qaldığını və komandasının "Sabah"a qarşı oynayacaqları matçdan gözləntisini açıqlayıb.

Sportal.az xəbər verir ki, "Arena Sport"a açıqlama verən klub rəsmisi bütün fikirlərinin "Sabah"la oyuna yönəldiyini bildirib:

"Futbolçularımız kimi mənim də fikrim "Sabah"la oyuna yönəlib. Əgər bu turda hər şey gözlədiyimiz kimi olsa, növbəti mərhələyə keçsək, o zaman deyə bilərəm ki, belə çox daha yaxşıdır (“Sabah” – “Partizan” cütünün qalibi “Styaua” – “Norşelland” cütünün qalibi ilə oynayacaq). Çünki İspaniyanın "Osasuna" klubu da bizə düşə bilərdi. Bütün rəqiblərə hörmət edirəm, amma əvvəlcə “Sabah”la oyunumuz var, onu düşünürük".

Xəbər xətti