AFFA "Sabah"ı 1000, "Kəpəz"i 1600 manat cərimələdi

12:19 - 9 Avqust 2023

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qeydə alınıb: 

Misli Premyer Liqası I tur

04.08.2023-cü il tarixində Misli Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 75.3);

05.08.2023-cü il tarixində Misli Premyer Liqasının I turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

06.08.2023-cü il tarixində Misli Premyer Liqasının I turunun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

06.08.2023-cü il tarixində Misli Premyer Liqasının I turunun “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

06.08.2023-cü il tarixində Misli Premyer Liqasının I turunun “Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 77.1);

Xəbər xətti