Türkiyənin "Beşiktaş" klubu Konfransları Liqasının III təsnifat mərhələsinin “Neftçi”yə qarşı ilk oyunu üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb.
Sportal.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəşin heyətinə 23 futbolçu daxil edilib.
Qapıçılar: Mert Günok, Ersin Dastanoğlu, Utku Yuvakuran;
Müdafiəçilər: Daniel Amarti, Onur Bulut, Omar Kolli, Umut Meraş, Fransisko Montero, Valentin Rozye
Yarımmüdafiəçilər: Oğuzhan Akgün, Emrecan Bulut, Jedson Fernandes, Amir Hacıahmetoviç, Kerem Kesgin, Jan Onana, Salih Uçan, Necip Uysal, Demir Tıknaz, Kartal Kayra Yılmaz;
Hücumçular: Vinsent Abubakar, Semih Kılıçsoy, Cekson Muleka, Ante Rebiç
Siyahıdan üç aparıcı oyunçu kənar qalıb. Bunlar diskvalifikasiya olunmuş Artur Masuaku, həmçinin zədədən sonra bu yaxınlarda kollektivə yeni qoşulan Rəşid Gezzal və Cenk Tosundur.
"Neftçi" - "Beşiktaş" oyunu sabah Bakıdakı "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.