"Musa İsveçə mövsümün ortasında yollanıb. "Yurqorden" tonusdadır, o isə hazırlığa yeni başlayıb. Ona adaptasiya və lazımı fiziki formasını toparlaması üçün zaman lazımdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Boyan İliç deyib. Musa Qurbanlının "Yurqorden"ə keçidində önəmli rollardan birini oynamış futbol agenti gənc hücumçuya inandığını bildirib: "Sözsüz ki, Musa "Yurqorden"in əsas forvardı olacaq. Qollarını vuracaq, buna tam əminəm. Sadəcə real vəziyyəti başa düşüb, anlayışla qarşılamaq lazımdır".
Vaxtı ilə "Qarabağ"ın uğurları üçün oynamış İliç Ağdam klubunun da avrokuboklardakı çıxışını dəyərləndirib. Onun fikrincə, Azərbaycan çempionu avrokuboklarda qrup mərhələsində mübarizə aparacaq: "Qarabağ" hər il futbolçularını satır, vacib oyunçularını itirir. Bu isə onu göstərir ki, bu klubda çox yaxşı işlər görülür. Təsəvvür edin, xarici klublar "Qarabağ"ın futbolçularını transfer etmək bir-biri ilə mübarizə aparır. Bir deyil, iki deyil, klubların sayı çoxdur. Hazırkı vəziyyət fəxr etməyə əsas verir. Əvvəllər belə şey avr idi? Az-az klublar Azərbaycan komandalarının oyunçularına diqqət yetirərdi. Lakin indi xarici klublar "Qarabağ"ın futbolçuları üçün mübarizə aparır. Əsl fəxr ediləsi hadisədir. Belə olan halda, futbolçuları saxlamaq da çətindir. Demək olar ki, hər il komandanı yenidən qurub Çempionlar Liqasını gözləyib, orada qalib gəlmək çətindir. "Qarabağ" isə çətin də olsa, bunu etməyi bacarır. Bir məğlubiyyət fəlakət olmamalıdır. Əksinə, "Qarabağ"a dəstək olmaq lazımdır. Onlar işinin öhdəsindən gələcək və avrokuboklarda qrup mərhələsinədki yerini tutacaq. Onlara ürəkdən uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi