"Çelsi" "Santos"dan hücumçu alacaq

14:17 - 9 Avqust 2023

"Santos"un 18 yaşlı hücumçusu Devid Vaşinqton yaxın günlərdə “Çelsi”nin futbolçusu ola bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “zadəganlar” Braziliya klubu ilə gənc futbolçunun transferində şifahi razılıq əldə edib.

Vaşinqton üçün dərhal 15 milyon avro və bonus olaraq 5 milyon avro ödəniləcək.

"Çelsi" hələ ki, braziliyalının növbəti mövsümdə klubdakı gələcəyi ilə bağlı yekun qərar verməyib. Onun "Çelsi"nin sahibinə məxsus “Strasburq”a icarəyə verilə bilər.
 

Xəbər xətti