"Qarabağ"ın keçmiş futbolçusu Samuel Armenteros yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportal.az saytına verilən məlumata görə, menecerləri 33 yaşlı forvarddan Premyer Liqamızda oynamaq istəyib-istəməməsi haqda fikrini soruşub. İsveç millisinin üzvü buna müsbət yanaşıb.
Hazırda onun xidmətində maraqlı olan Azərbaycanın yalnız bir klubu var. Sadəcə həmin klub Armenterosun maliyyə şərtlərini qarşılaya biləcək ya, yox dəqiq deyil.
Təcrübəli forvard “Herenven”, “Herakles Almelo”, “Anderlext”, “Feyenoord”, “Villem II”, “Qarabağ”, “Benevento”, “Portland Timbers”, “Krotone”, “Fujarah” klublarında çıxış edib. Son olaraq "Herales Almelo" formasını geyinmiş isveçli hazırda azad agent statusunu daşıyır.