"Mançester Siti"nin 33 yaşlı müdafiəçisi Kayl Uokerin bu yay "Bavariya"ya keçəcəyi ehtimalı azalıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, ingilis futbolçunun Almaniya klubuna keçməyə razılıq verməsi barədə söhbət gündəmdə olsa da, son vaxtlar onun transferi ilə bağlı danışıqlarda irəliləyiş olmadığı üçün Uokerin "Bavariya"ya bu yay qoşulmayacağını gözlənilir.
"Mançester Siti" isə rəsmi olaraq danışıqları başa çatdırmayıb.
2022/2023 mövsümündə Uoker "şəhərlilər"in heyətində bütün yarışlarda 38 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
saytlarin hazirlanmasi