"Bavariya" qapıçı transferinə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Sevilya"nın qolkiperi Yassin Bununu heyətinə qatmaq istəyir.
Mərakeş millisinin üzvü 2022/23 mövsümündə Primeroda 36 oyun keçirib, 60 qol buraxıb və 7 görüşdə qapısının toxunulmazlığını qoruya bilib.
Almaniya nəhəngi 32 yaşlı futbolçunun keçidini bu yay həll etmək üçün danışıqları gücləndirib.
Bunu “Vidad Kasablanka”, “Atletiko”(Madrid), “Saraqosa”, “Jirona”dan sonra 2019-cu ildə “Sevilya”ya keçib.
saytlarin hazirlanmasi