"Real"ın baş məşqçisi Karlo Ançelotti ukraynalı qapıçı Andriy Luninə güvəndiyini bildirib.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, italiyalı Madrid klubunun əsas qapıçısı Tibo Kurtuanın zədələnməsindən sonra başqa çıxış yollarının olmadığını deyib:
"Bizə Kurtuanın tez sağalmasını arzulamaq və Luninə şans verib, inam qazandırmaq qalır. O, istedadlıdır, sadəcə təcrübəsi yoxdur. Kurtua zədələnəndə ilk düşündüyüm şənbə günü Luninə şans vermək oldu".
saytlarin hazirlanmasi